Türkiyənin tanınmış müğənnisi Demet Akalın növbəti dəfə açıqlaması ilə diqqət mərkəzində olub.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “2 səhifə” verilişində qonaq olan ifaçıya aparıcı “Bir daha evlənmərsən?”, - deyə soruşub. Demet, “Siz məndən nə istəyirsiniz? Düz 13 aydır tək yatıram. Otaqlarımız ayrıdır. Münasibətə görə deyil. Sadəcə, qızım atası ilə yatır. Qızıma səhərlər mən, axşamlar atası baxır. Qızım çox narahat yatır. Onun üçün geniş yataq yeri düzəltdirmişik. Ata-bala bir yerdə yatırlar”, - cavabını verib.
Qeyd edək ki, D.Akalın 2012-ci ildə iş adamı Okan Kurtla ailə qurub, 2018-ci ildə boşanıb.