Cennifer Lopezdən iki yaraşıqlı kişi ilə ehtiraslı rəqs -  VİDEO
13 fevral 2025 16:21 (UTC +04:00)

Cennifer Lopezdən iki yaraşıqlı kişi ilə ehtiraslı rəqs - VİDEO

Amerikalı müğənni, rəqqasə və aktrisa Cennifer Lopez rəqs studiyasında çəkilmiş videosunu sosial şəbəkədə paylaşıb. 55 yaşlı "Toy Tələsi" filminin ulduzu yeni rəqs nömrəsini məşq edərkən görüntülənib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşq zamanı Cennifer hərəkət azadlığını təmin edən və möhtəşəm bədən quruluşunu vurğulayan geyimdə olub. O, idman ayaqqabısı, bənövşəyi leqins və qırmızı qısa rashgard geyinib.

Ben Afflekin keçmiş həyat yoldaşı sürətli musiqinin sədaları altında iki yaraşıqlı partnyoru ilə rəqs edib. Cennifer Lopez yalnız rəqs hərəkətlərini deyil, həm də akrobatik bacarıqlarını nümayiş etdirib. Pərəstişkarları bir daha Cenniferin enerjiylə dolu olduğunu görərək, onun incə və qadınsı bədən quruluşuna valeh olublar.

"Vay, Cey Lo sadəcə möhtəşəmdir!", "55 yaşında... Ona necə münasibət bəsləməkdən asılı olmayaraq, Cennifer inanılmaz dərəcədə intizamlı, enerjili və möhtəşəm formada qalmağı bacarır!" – izləyicilər heyranlıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar