Cennifer Lopes dördüncü dəfə “Saturday Night Live” verilişində qonaq qismində iştirak edib.
Lent.az-n xarici mediaya istinadən xəbərinə görə, 54 yaşlı müğənni və aktrisa iki möhtəşəm geyimdə səhnədə parlayıb.
Müğənni son albomundan 2 yeni mahnı səsləndirib.
Lopesin çıxışı izləyicilərin gurultulu alqışları ilə müşaiyət olunub.