Tanıdığımız və o qədər də məşhur olmayan bəzi aktyorlar film çəkilişləri zamanı etdikləri bəzi hərəkətlərə görə çəkiliş meydanından qovulub.
Lent.az xarici mətbuata istinadla çəkildikləri filmlərdən qovulan həmin aktyorları təqdim edir:
Qonca Vuslateli “Gönül işleri” serialının çəkilişi zamanı aktyor Can Yamanla öpüşdüyünə görə serialdan qovulub.
Ceren Hindistan “Sakarya fırat” serilanda işə gec gəlib çəkilişlərə mane olduğu üçün qovulub.
Caner Kurtaran “Yaprak dökümü” serialından narkotik istifadə etdiyinə görə qovulub.
Deniz Çakır restorandan sərxoş çıxıb paparazzilərə yaxalandığı üçün “Eşkiya dünyaya hökmdar olmaz” serialından qovulmuşdu.
Ebubekir Öztürk İzmir marşına söydüyü üçün oynadığı serialdan qovulub.
Nuranə Bakiyeva Türkiyədə çəkildiyti serialdan sevişmə səhnəsindən imtina etdiyi üçün kənarlaşdırılıb.
Füsun Demirel “Bir terrorçu anası rolunu oynamaq istəyirəm” dediyinə görə çəkildiyi “Aile işleri” serialından uzaqlaşdırılıb.
Dağhan Küregec rejissorla dalaşdığına görə “Kavak yelləri” serialından qovulub.
Su Kutlu “Gözəl köylü” serialında çəkilişlərin getdiyi Muğla şəhərində sərxoş olub küçədə dava etdiyi üçün qovulub.