Türkiyəli aktyor Burak Özçivit rusiyalı pərəstişkarlarını məyus edib.
Lent.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, pərəstişkarları görüş üçün 50 min rubla (920 min manat) bilet alıblar. Özçivit öncə görüşə gecikib, səhnədə 2,5 saat davam edən çıxışından isə sonra pərəstişkarlarına cəmi yarım saat zaman ayırıb.
Qızların dediyinə görə, türk seriallarının ulduzu yorğun görünüb və bilet alan qonaqlara avtoqraf verməkdən imtina edib. Fanatlarını tərk edən aktyor Moskvanın mərkəzindəki türk restoranına yollanıb və orada gecəni prodüsseri, türkiyəli jurnalistlər və müəssisə sahibi ilə birgə keçirib.
Gecə saat iki radələrində otelə qayıdarkən onu gözləyən xanım fanatlarını narazı sima ilə qarşılayan aktyor ünsiyyətdən imtina edib.