Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoya ağır itki üz verib.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçının atası Fikrət Erkoç bu gün səhər saatlarında dünyasını dəyişib. O, bir ay bundan əvvəl evdə yıxılaraq xəstəxanaya yerləşdirilmişdi.
Bülənt Ərsoy ötən il anası Necla Poyrazı ürək xəstəliyindən itirib.