Türkiyəli müğənni Bülent Ersoy konsert zamanı xəsətələnməsi barədə yazılan xəbərlərə cavab verib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, səhnəyə hər çıxışı zamanı onu səhnə arxasında həkim gözlədiyi, verdiyi son konsertdə halının pisləşməsi barədə məlumat yayılıb. Ersoyun “Çağırın, doktorum gəlsin” başlıqlı xəbərlər də yayılıb.
O, sosial media hesabından izləyicilərinə cavab verərək, deyilənlərin yalan olduğunu bildirib.
“Çağırın, doktorum gəlsin” başlığı ilə yayılan xəbərlər doğru deyil. Konsert zamanı qapı önündə jurnalistlər var idi, belə bir şey olardısa, şəklini çəkib yayardılar. Belə xəbərlərin əsassızdır", - o bildirib.