Türkiyəli məşhur müğənni Bülent Ersoy dünən efirə çıxmazdan öncə çəkiliş qrupuna çətin anlar yaşadıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hər zaman kaprizləri, böyük istəkləri, qalmaqalları ilə fərqlənən diva çıxış edəcəyi studiyanın və çəkiliş qrupundakı adamların hamısının dezinfeksiya olunmasını tələb edib.
O,tualetin təzələnməsini, yeni su kranları və unitazın qoyulmasını, onun girdiyi tualetə heç kimin girməməsini, veriliş bitib o studiyanı tərk edənə qədər dezinfeksiya olmuş adamların otaqdan çıxmamasını, otağa da “natəmiz” adamların girməməsini əmr edib.
Proqramda Cem Adriandan aldığı mahnını ifa edən Ersoy Şülşah Saracoğlunun əl işi olan möhtəşəm bir libas, bahalı daşlarla bəzədilmiş əlcəklərlə səhnəyə çıxıb.
Bülent Ersoyun bu halını tənqid edən tək adam isə müğənni Yılmaz Morgül olub.
O, şou proqramlardan birində Ersoyun özünə bu qədər münasibət tələb edib, ətrafındakıları əzməsini, alçatmasını insanlıqdan uzaq hərəkət adlandırıb.