Türkiyənin tanınmış müğənnisi Bülent Ersoy özünə Kleopatra hovuzu tikdirib. Hovuzda suyun temperaturu yay-qış fərq etmədən 37 dərəcə təşkil edir.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hər zaman lüks həyat tərzi, təmtəraqlı geyimləri ilə diqqət çəkən sənətkar Bodrumda iki yan-yana villanı birdən alıb. Mülkləri birləşdirən Bülent Ərsoy dərhal təmir işlərini başladıb, özünə Kleopatra hovuzunun tikilməsini əmr edib.
100 milyon lirəyə alınmış villada tropik və qış ağaclarından ibarət iki bağ saldırıb. Onun bu məqsədlə 10 milyon lirə xərclədiyi vurğulanır.
Bülent Ersoy hər zaman çılğın alış-verişləri ilə məşhur olub. Onun bu günlərdə girdiyi bir mağazada 5 saat qaldığı. naxışlarını bəyəndiyi bir parçadan isə 5 top aldığı deyilir. Bunun səbəbini özü açıqlayıb:
“Bəyəndiyim mənimdir, məndə olan kimdəsə olmamalıdır”.
Beləcə, Ərsoy 250 metr ipək parça alıb.
Bu alış-veriş zamanı onun 600 min lirə xərclədiyi bildirilib.