Bu məşhurlar konsertlərini şəhidlərimizə görə TƏXİRƏ SALDI
14 sentyabr 2022 14:15 (UTC +04:00)

Bu məşhurlar konsertlərini şəhidlərimizə görə TƏXİRƏ SALDI

Xalq artisti Röya və türkiyəli müğənni Özcan Deniz Bakıdakı konsertlərini təxirə salıblar. 

Lent.az xəbər verir ki, buna səbəb erməni təxribatı nəticəsində Azərbaycan ordusunun 50 şəhid verdiyi bildirilir. 

Bakı Konqres Mərkəzinin məlumatına görə, Özcan Denizin 16 sentyabrda və Röya Ayxanın 22-23-24-25 sentyabrda planlaşdırılan konsertləri qeyri-müəyyən müddətə təxirə salınıb. 

Sentyabrın 18-i İstanbul “Turkcell Vadi”dəki konsertini də təxirə salan Röya Ayxan bununla bağlı paylaşım edib:

"Hadisələri mən də izləyirəm, çox təsirlənmişəm. Balalarımız, oğullarımız şəhid oldu. Hər bir ananın acısı bizim də acımızdır. Məni də öz yanınızda bilin. Kədərinizi hiss edirəm. Mən bu məqamda İstanbul və Bakı konsertlərimi təxirə saldım. Belə dövrdə mahnı oxuya, əylənə bilmərəm. 

İstədim ki, bu qərarımdan xəbəriniz olsun. Xalqımın yanındayam, dərdinə şərikəm. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimiz şəfa tapsın”.

Bundan başqa, türkiyəli komediyaçı Tolqa Çevikin 17 sentyabrda Bakıda keçiriləcək “Tolgshow” adlı şousu qeyri-müəyyən tarixə keçirilib. 

# 4521
avatar

Nigar Namiq

Oxşar yazılar