Tanınmış müğənni İqor Saruxanov yeddinci dəfə evlənib.
Lent.az xəbər verir ki, 66 yaşlı ifaçı dizayner Lesya Sadovskaya ilə ailə qurub.
Deyilənlərə görə, dizayner son illərdə müğənniyə imicmeykerlik edib. Musiqiçi bu barədə danışarkən deyib ki, keçən ilin noyabrında ona evlilik təklif edib və dekabrın 26-da onlar Moskvada nikaha daxil olublar.
Qeyd edək ki, İqor Saruxanov 2022-ci ilin dekabrında 2014-cü ildən bəri evli olduğu Tatyana Kostyçevadan boşanıb.