Britni Spirsi  keçmiş əri   hədələdi
31 may 2023 17:31 (UTC +04:00)

Britni Spirsi keçmiş əri hədələdi

Pop ulduz Britni Spirsin keçmiş əri Kevin Federlayn uşaqlarına görə müğənnini məhkəməyə verəcəyini deyib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Britni Spirs əriylə yaşayan oğullarının onunla birgə başqa şəhərə köçmələrinə icazə verməlidir. Lakin dəfələrlə vəkilinə müraciət edilsə də, Britni keçmiş ərinin xahişini yerə salıb. Buna görə keçmiş ər onu məhkəmə ilə hədələyir.

Kevin Britniyə iyunun 2-nə qədər vaxt verib. Uşaqların tam hamilik hüququ Kevinin üzərində olduğuna görə, bu məhkəmə Britni üçün xoş nəticələnməyə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2670
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar