“Qremmi” mükafatçısı, dünya şöhrətli müğənni Britni Spirs uzun fasilədən sonra yeni mahnısını təqdim edib.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, müğənni “Mind Your Business” adlı mahnısını “The Black Eyed Peas” qrupu ilə birgə ifa edib.
Son illər ailə prolemləri, psixoloji travmaları və qalmaqalları ilə daha çox adı çəkilən müğənni mahnısında paparassilərə və jurnalistlərə nifrət etməsi, hər yerdə izlənməsi barədə oxuyub.
Müğənninin bu mahnısı birmənalı qarşılanmayıb.