Brilliant Dadaşova uzun vaxtdan sonra nəinki səhnədən, ölkədən uzaq qalan Samir Bağırovla məclislərin birində eyni səhnəni bölüşüblər.
Lent.az xəbər verir ki, Dadaşova onunla "Geri verərmi?" mahnısını ifa etdiyi anların videosunu "Instagram" hesabında paylaşıb. O, paylaşımın altına "əsl səhnə insanı, yaraşıqlı ziyalı, gözəl, zövqlü, özünəməxsus səs tembri olan Samir Bağırov" notunu yazaraq Samiri xeyli tərifləyib.
Qeyd edək ki, bir zamanlar onların bu dueti populyar ifalar arasında idi.