Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin 7 il davam edən məhkəməsi başa çatıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onların boşanma proses nəticələnib. Uzun müddətdir ayrı yaşayan cütlük rəsmən boşanıb.
Keçmiş ər-arvad aralarındakı bütün mübahisələri sonlandıra biliblər.
Vəkilin sözlərinə görə, Ancelina uşaqların hamiliyini almaq və digər mübahisəli məsələləri həll etmək üçün o qədər pul sərf edib ki, az qalsın müflis olurmuş. Bu Bred Pittin qələbəsi sayıla bilər.
Qeyd edək ki, 59 yaşlı Pitt və 48 yaşlı Coli 2016-cı ildə ayrıldıqlarını elan ediblər. Onların biri doğma olmaqla 6 uşaqları var.