Tanınmış xanəndə, Əməkdar artist Ehtiram Hüseynov doğma yurdu Laçını ziyarət edib.
Lent.az xəbər verir ki, ifaçının otuz ildən sonra baş tutan səfərinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti videoçarx həsr edib.
Ehtiram orada keçən uşaqlığı barədə etiraflar edib:
“Uşaqlığımı oğurladılar… Bütün uşaqlığımızı məhv etdilər. İndi gəlmişik, heç nə yoxdur. Evimizin yeri boşdur, daş qalmayıb yerində. Şükür bu günə ki, torpaqlarımız azad olub. Bura gəlib uşaqlığımızı, xatirələrimizi yada salırıq”.
O, evlərinin yanından axan çayla bağlı xatirələrini də bölüşüb:
“Uşaqlığım bax, o çayda keçib. Yay gələndə düşürdük o çayda çimməyə, bir də axşama kimi çıxmırdıq. Güclə geri çəkirdilər ki, batdınız, boğuldunuz. Bu çay o qədər gur sulu olur ki, arada daşır. Dağın başına qara bulud gələn kimi bilirdik ki, yağış yağır, çay daşacaq. Sel gəlib-gedəndən sonra xırda balıqlar qırağa çıxırdı, tuturduq onları. Böyükləri torla,qarmaqla tuturdular. Qarmaq atmaq üçün çox uşaq idik…”
Həmin videoçarxın tam versiyasını təqdim edirik: