Bir zamanların Timsah Celili qadın olduqdan sonra tanınmaz halda - İmicini dəyişdi
“Çukur” serialındakı Timsah Celil rolu ilə tanınıb sevilən aktyor Ahmet Melih Bendeli cinsini dəyişdirib qadın olduqdan sonra daha heç bir rola dəvət almamasından gileylənib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yeni həyatında özünü Meli Bendeli adlandıran aktyor imicini dəyişib. O tünd rəngli saçlarını sarıya boyayaraq, estetik əməliyyatlar vasitəsilə sahib olduğu sinəsini də nümayiş etdirib.
Tez-tez açıq-saçıq geyimlərlə qadın bədənini nümayiş etdirən Meli üzünü gərdirib, Onun alnındakı tikiş izlərini fotolarından görmək olar. O 1 ay ərzində 5 dəfə estetik əməliyyat etdirdiyini, 8 saat narkoz altında qaldığını bildirib.
O, “mən rol istəyəndə rejissorlar "bizdə trans və travesti rolları yoxdur" deyirlər. Hamısı məni yaxşı tanısalar da filmlərə dəvət etmirlər. Mən də qadın olmağın cəzasını bu şəkildə çəkirəm, Qadın olmaq heç asan deyil”,- deyə Meli Bendeli bildirib.