Müğənni Niyam Salami şəxsi həyatından danışıb.
Lent.az-ın məlumatına görə, ilk evliliyi uğursuz olan ifaçı “Söz baz” verilişində bildirib ki, növbəti dəfə ailə qurmaq istəmir:
“Ailə qurmağa halım yoxdur. Bir müğənni xanıma vurulmuşam. Bəlkə Allah qismət edər, gələcəkdə nəsə olar. Ailə quranda çox xoşbəxt idim. Hər şeyi özüm etmişdim. Cibimdə 200 manat da pul var idi. Anam yanımda idi. Dedim, cibimdə pul qalsın ki, aş gətirəndə verim. Ümumiyyətlə, onda pulum yox idi”.