Aktrisa Pərvin Abıyeva sosial şəbəkə hesabında canlı yayım zamanı maraqlı açıqlama verib.
Lent.az-ın xəbərinə görə, o, xarakterinin mürəkkəb olduğunu, eyni kişi ilə ömür boyu yaşaya bilməyəcəyini deyib:
“Bir kişiylə eyni evdə yaşaya bilmərəm. Özünü öldür bir ay dözərəm. Lap çox olsa, dava, qırğınla 1 il qalaram. Söz götürmürəm, normal insan deyiləm. Bir insanla bir evdə yat, gəz, səhər-axşam onu gör. Bezərəm. İnsan üçün darıxmağı sevirəm”.
Aktrisa artıq 32 yaşı olduğunu, bundan sonra dəyişə bilməyəcəyini qeyd edib.