Xəbər verdiyimiz kimi məşhur müğənni Britni Spirsin şəxsi həyatından bəhs edən “İçimdəki qadın” adlı memuarı inəşr olunub.
Lent.az-ın xəbərinə görə, kitab satışa çıxarıldığı ilk həftədə 1,1 milyon nüsxə satılıb. Kitabın təkrar nəşri üçün çox sayda sifarişlər var.
Britni Spirs kitabı yazmaq üçün nəşr evindən öncə 12,5 milyon dollar alıb. Satışdan gələn gəlirin 25 faizi də ona aid olacaq.
Bəs bu kitabı bu qədər maraqlı edən nədir? Yəqin ki, yaxşı reklam. Kitab hələ yazılma mərhələsində ikən Britni Spirs orada bir çox siyasi fiqurların intim həyatının gündəmə gələcəyini, bu səbəbdən də təhdid olunduğunu, kitabın yazılmasının ona qadağan edildiyini açıqlamışdıı.
Oktyabrın 24-də satışa çıxarılan kitab satış sayına görə Britninin adını Ginnesin Rekordlar Kitabına salıb.