Milad günü Beyonsun uşaqlıqda yaşadığı ev yanıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, dekabrın 5-də səhər saat 2-də Texasdakı malikanə alovlanıb. Evin yeni sahibləri qaçaraq canlarını qurtara biliblər.
Dərhal hadisə yerinə xilasedicilər gəlib və 10 dəqiqə ərzində yanğın söndürülüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yanğının səbəbini müəyyənləşdirirlər.
Beyonc pərəstişkarları üçün ekskursiyaların təşkilatçısı Keyt Rozenin sözlərinə görə, müğənninin uşaqlıq evi daim pərəstişkarlarını özünə cəlb edib.
Qeyd edək ki, Beyons 1981-ci ildə Hyustonda (Texas, ABŞ) anadan olub.
Beyons hazırda əri ilə Malibuda okeana baxan 200 milyon dollarlıq dəbdəbəli malikanədə yaşayır.