Aktrisa Beren Saat və əri, müğənni Kenan Doğulunun sosial şəbəkədə yayılmış bir fotosu müzakirələrə səbəb olub.
Lent.az-ın xəbərinə görə, ər-arvadın çəhrayı rəngdə geyimi tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb.
Bəziləri onların həyatına rəng qatmaq üçün belə geyindiyini yazsa da, bir qrup bunu “komik görüntü” adlandırıb.
Beren Saatı bu geyimdə cücəyə, flaminqoya, hətta pinqvinə bənzədənlər də olub.