Qax rayonunda göbələkdən zəhərlənən uşaqlardan biri də vəfat edib.
Lent.az-ın məlumatına görə, göbələkdən zəhərlənən 9 yaşlı Qasımzadə İbrahimxəlil Həbib oğlu Qax Rayon Mərkəzi Xəstəxanasına aparılın. Xəstənin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
9 yaşlı İbrahimxəlil 1 saylı şəhər xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, Qasımzadə İbrahimxəlil sosial şəbəkə fenomeni Bayram Nurlunun bacısı oğludur.
Hadisə oktyabrın 19-da rayonun Tasmalı kəndində qeydə alınıb.
Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı 12 yaşlı Murad Qasımlı və qohumu doqquz yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər.
Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər. 12 yaşlı M.Qasımlı xəstəxanada vəfat edib.