Məşhur aktrisa Özge Törerin qardaşı ilə çəkdirdiyi şəkil maraqla qarşılanıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ATV-nin rekord qıran "Kuruluş Osman" serialında "Bala Hatun" obrazını canlandıran Özge Törer pərəstişkarları tərəfindən yaxından izlənir.
Gözəlliyi ilə göz oxşayan Törerin həyatını araşdıranlar qardaşını görəndə heyrətə gəliblər. Bacı-qardaşın oxşarlığı, xüsusilə gözlərinin gözəlliyi sosial mediada müzakirə mövzusuna çevrilib.