1 yaş 3 aylıq olan azərbaycanlı balası Müşfiq Hüseynli “Gucci Kids” brendinin siması seçilib.
Lent.az-ın məlumatına görə, sosial media vasitəsilə şəkilləri 250 milyondan çox baxış toplamış uşaq böyük brendlərin diqqətini çəkib. Onlar ailəyə uşaqla bağlı təklif ediblər və beləcə Müşfiq “GUCCİ Kids”, “Berberry”, “Moncler” kimi 3 böyük brendin simasına çevrilib.
İlk fotosessiya Bakıda baş tutub.
Qeyd edək ki, dünya brendlərinin simasına çevrilmiş balaca Müşfiq məşhur həkim və nano-texnoloq Müşfiq Hüseynovun nəvəsidir.