Azərbaycanlı müğənni sevgisinə qovuşur - Yeni klip
11 sentyabr 2023 14:31 (UTC +04:00)

Azərbaycanlı müğənni sevgisinə qovuşur - Yeni klip

Uzun illər sonra müğənnilik fəaliyyətinə start verən Mehin Hümbətova bu sezon da iddialıdır.

Lent.az-ın xəbərinə görə, aparıcılıq fəaliyyəti də davam edən sənətçi “Sən yoxsan” adlı yeni mahnısını və klipini rəsmi hesablarında paylaşıb.

Söz və musiqisi RZZA-ya məxsus mahnı üçün Mehin fərqli obrazda tanınmış fotoqraf Azər Jafarın kamerası qarşısına keçib.

İlk debütünü edən Azərin Hümbətovaya çəkdiyi klip Xızıda lentə alınıb. 

“Klipdə oğlanın bitməyən sevgisindən, Mehinin o sevgidən həm qaçmağı, həm də arzulamağından bəhs edilir. Eyni zamanda bu qaçışın necə çətin və ağır olduğu göstərilir. Mehin arzusunda olduğu sevgiyə qovuşduğu anları isə rəqslə təsəvvüründə canlandırır”, - deyə, rejissor bildirib. 

Qeyd edək ki, ekran işi üzərində 20-dən çox komanda üzvü çalışıb. Rəqslər üçün Mehin günlərlə dərs alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4656

Oxşar yazılar