Əməkdar artist Niftulla Əsgərov xərçəng xəstəliyindən əziyyət çəkir.
Lent.az xəbər verir ki, bu barədə aktyor Müşviq Şahverdiyev məlumat verib.
O bildirib ki, N.Əsgərov mədəsindən əməliyyat olunacaq: “Niftulla Əsgərov onkoloji xəstəlikdən əziyyət çəkir. İki gün sonra əməliyyata girəcək”.
Qeyd edək ki, aktyor “Qərib cinlər diyarında”, “Bığ əhvalatı”, “My name is İntiqam”, “Bayram axşamı” kimi filmlərdə rol alıb.