Müğənni açıq açıqlaması ilə pərəstişkarlarını şoka salıb.
Azərbaycanın xalq artisti Yusif Eyvazov bildirib ki, opera müğənnisi Anna Netrebkodan boşanmasının əsl səbəbi hər kəsin öz maraqları və müxtəlif həyat məqsədləri olmasıdır.
Lent.az xarici mediaya istinadla bildirir ki, müğənninin sözlərinə görə, cütlük bir-birlərinə yaxın olduqlarını, lakin aralarında "bir şeyin artıq əvvəlki kimi olmadığını" etiraf ediblər.
“Görünür, həyatda elə olur ki, nəsə bitir və sən onu dəyişdirə bilmirsən. Bir anda biz bir az fərqli maraqlar və fərqli həyatlar yaşadığımızı başa düşdük. İnanın ki, bunu dayandırmaq üçün səbəb budur”, - Eyvazov vurğulayıb.
Eyni zamanda sənətçi boşanmanın həyatın bir parçası olduğunu etiraf edib.