Ayrılan məşhur cütlük qala gecəsində üz-üzə gəlincə nələr oldu?
09 iyun 2023 11:35 (UTC +04:00)

Ayrılan məşhur cütlük qala gecəsində üz-üzə gəlincə nələr oldu?

Aktrisa Miray Daner həmkarı və sevgilisi Kubilay Akadan  xəyanət iddiaları ilə ayrıldıqdan sonra dünən ilk dəfə qala gecəsində üz-üzə gəliblər.

 Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, cütlük heç nə olmamış kimi salamlaşsa da, sonra bir-birləri ilə ünsiyyət qurmayıblar. Jurnalistlərin suallarını cavablandıran Kubilay Mirayı görməkdən məmnun olduğunu bildirib.

“Biz iki mədəni insan kimi ayrılmışıq. Belə tədbirlərdə qarşılaşmağımız normal haldır. Özəl həyatımda xoşbəxtəm və heç bir şey üçün peşman deyiləm”,- deyən aktyor bildirib ki, birlikdə  eyni layihədə rol almaq təklifi gələrsə bu barədə düşünəcək.

# 2013
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar