O, dünyanın ən qəribə taleli modelidir. 34 yaşlı amerikalı model Lauren Vasser 12 il öncə qadın tomponuna görə həyatının şokunu yaşayıb.
2012-ci ildə bir ziyafətdə qız özünü pis hiss edib evə dönüb. Səhəri gün yataqdan qalxa bilməyib. O döşəməyə yıxılıb, xatırladığı şey tək odur ki, öz nəcisinə bulanıb və dayanmadan qusurmuş
Ailəsi qızı təcili xəstəxanaya çatdırıb.
“Həkimlər və tibb bacıları çaşqınlıq içində idilər, çünki mən gənc, sağlam 24 yaşlı qız idim. Yalnız infeksionist çağırılanda hər şey aydınlaşmağa başladı. Məndə tampon olduğunu biləndə dərhal qanımı analiz elədilər. Məlum oldu ki, toksik şok sindromunun əlamətləri var. İstifadə etdiyim tamponun stafilokokla yoluxduğu ortaya çıxdı. Komaya düşdüm, ayılanda bir ayağımı kəsmişdilər. Qanqren başlamışdı”,- deyə o müsahibəsində bildirib.
6 il sonra, 2018-ci ildə qızın ikincisi amputasiya edilib. Bu müddət ərzində qız təkcə ağrı ilə deyil, həm də post-travmatik stress pozğunluğu, depressiya ilə mübarizə aparıb.
Aylarla əlil arabasında qaldıqdan sonra Vasser ayağa qalxıb- Qızıldan hazırlanmış ayaqların üzərində.
O, qızıl diş protezləri ilə məşhur olan rokçu A$AP Rockidən ilhamlanaraq özünə qızıldan protez sifariş verir.
Elə bundan sonra qızın model kimi karyera yüksəlişi başlayır.
O, “Louis Vuitton”, “Hublot”, “Lacoste”, “Shiseido”, “Furla” və “Gabriela Hearst” kimi bahalı brendlərlə əməkdaşlıq edir, dünya üzrə jurnalların üz qabığında görünür.
O indi sosial şəbəkələrdə də aktivlik nümayiş etdirərək, fiziki əngəlli insanlara ümid və nümunə olur.