Ayan ikinci dəfə ailə qurur:  "Sevirəm, istəyirəm və onunla xoşbəxtəm"
12 noyabr 2022 15:55 (UTC +04:00)

Ayan ikinci dəfə ailə qurur: "Sevirəm, istəyirəm və onunla xoşbəxtəm"

Müğənni Ayan Babakişiyeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Lent.az  xəbər verir ki, 33 yaşlı müğənni "MTV maqazin"ə müsahibəsi zamanı ikinci dəfə ailə qurmağı hazırlaşdığını bildirib:

“Mən heç zaman həyatımda kimsənin olması üçün axtarış verməmişəm. Bu gün mənim gözlərimin içi gülürsə, deməli, mən çox xoşbəxtəm. Amma ki, toy mütləq olacaq. Bu danılmazdır. İstəsəm də bunu gizlədə bilmərəm”.

Müğənni hətta toyda geyinəcəyi gəlinliyin modelini seçdiyini də deyib. O, həmçinin hər hansı qərar versə də, qızının bütün mövzulardan öndə olacağını vurğulayıb:

“Təbii ki, mən çox istəyərəm ki, qurduğum yuva, ocaq heç vaxt sönməsin. Ona görə bəlli şeylər var ki, onu yüz ölçüb bir biçirsən. Həyatında cavabdehlik etdiyin bir şəxs olmasa, tək özün olsan istədiyin kimi hərəkət edə bilərsən. Mənim isə övladım var. Ona görə seçimlərimin üstündə çox ölçülər aparıram. Mənim həyatımda olan insan artıq bilir ki, mənim həyatımdadır. Bu qədər bəsit. O bilir ki, mən nə istəyirəm. Mənim standartlarım nələrdir? Bahalı ev, avtomobil, özəl təyyarə istəyirəm? Siz nəyi deyirsiniz? Standartlar yoxdur. Sevdiyim insanın görünüşü barəsində digərlərinin fikri önəmli deyil. Mən sevirəm, istəyirəm və onunla xoşbəxtəm. Bitdi, getdi”,- deyə Ayan bildirib.

# 6786
avatar

Oxşar yazılar

24 yaşında orta məktəbi bitirdi

24 yaşında orta məktəbi bitirdi

28 yanvar 2023 , 14:19
Hülva Avşarın bir milyonluq  saatı - FOTO

Hülva Avşarın bir milyonluq saatı - FOTO

28 yanvar 2023 , 13:21
Hande Erçelin 36 minlik  geyimi -FOTO

Hande Erçelin 36 minlik geyimi -FOTO

28 yanvar 2023 , 10:25
Bu da 53 yaşlı supermodelin uşaqlıq FOTO su

Bu da 53 yaşlı supermodelin uşaqlıq FOTOsu

27 yanvar 2023 , 19:47
Bu məşhur 7-ci dəfə  EVLƏNDİ  - FOTO

Bu məşhur 7-ci dəfə EVLƏNDİ - FOTO

27 yanvar 2023 , 18:48
Azərbaycanlı məşhurlar səfirliyimizdəki terrorla bağlı  NƏLƏR SÖYLƏDİLƏR?

Azərbaycanlı məşhurlar səfirliyimizdəki terrorla bağlı NƏLƏR SÖYLƏDİLƏR?

27 yanvar 2023 , 18:22
Adı Pərvin Abıyeva ilə hallandı, ailəsi onu atıb Almaniyaya getdi – Göz önündə

Adı Pərvin Abıyeva ilə hallandı, ailəsi onu atıb Almaniyaya getdi – Göz önündə

27 yanvar 2023 , 18:00
Tanınmış cütlük yenidən  BARIŞDI?:  Bir-birilərini...

Tanınmış cütlük yenidən BARIŞDI?: Bir-birilərini...

27 yanvar 2023 , 17:29