“Avroviziya 2025” mahnı müsabiqəsi təhlükədə
26 noyabr 2024 10:14 (UTC +04:00)

“Avroviziya 2025” mahnı müsabiqəsi təhlükədə

Ultra-mühafizəkarların müsabiqəni ləğv etmək cəhdlərinə baxmayaraq, İsveçrə "Avroviziya-2025"in Bazeldə keçirilməsi üçün təxminən 40 milyon dollar ayırıb. Gələn ilin mayında İsveçrənin Bazel şəhərində keçiriləcək  Beynəlxalq Mahnı Müsabiqəsi demək olar ki, təhlükə altında idi.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, buna səbəb, müsabiqə üçün ayrılan vəsaitin ləğv edilməsini tələb edən ultra-mühafizəkar xristian partiyası olan İsveçrə Federal Demokratik İttifaqının hərəkətləri olub.

Layihənin əleyhdarları şounun keçirilməsinə çəkilən xərclərin - təxminən 40 milyon dolların həddən artıq olduğunu bildirərək öz mövqelərini əsaslandırıblar. Onlar məbləğin məhdudlaşdırılmasını və ya tamamilə ləğv edilməsini tələb ediblər.

Lakin noyabrın 24-də səsvermənin nəticələrinə əsasən, "Avroviziya-2025"in hələ də İsveçrədə keçirilməsi qərara alınıb. Hökumət layihənin maliyyələşdirilməsini təsdiqləyib və qeyd edib ki, o, turistlər, reklamlar və əlaqəli tədbirlər vasitəsilə təxminən 67 milyon dollar qazanacağını gözləyir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar