Meyxana ifaçısı Pərviz Bülbülə (Məmmədov) mərhum həmkarı Aydın Xırdalanlı (Quliyev) haqqında maraqlı açıqlamalar verib.
Lent.az xəbər verir ki, o, ifaçı ilə bağlı reallaşdıra bilmədiyi arzusundan danışıb:
"İstedadı Allah verir. Filan efir, sosial şəbəkə, reklam olmasa, tanınardı, yoxsa yox?! Əlbəttə, tanınardı. Arzu edirdim ki, Aydınla meydan bölüşüm. Arzu etmirdim ki, Aydın olum. Çünki istəsəydim də, o, ola bilməyəcəkdim. Bu gün, sabah kimsə Pərviz olmaq istəsə, mümkün olmaz. Ya rəhmətlik Vüqar Biləcəri, rəhmətlik Məşədi Baba... Heç kim, heç kəs ola bilməyəcək. Sadəcə, hamının qədrini vaxtında bilmək lazımdır".