Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu öz sosial şəbəkə hesabında maraqlı açıqlama verib.
Lent.az-ın xəbərinə görə, o, ad çəkmədən ictimai-sosial verilişi aparan aparıcını fırıldaqçılıqda ittiham edib.
“Baxıram və gülməyim gəlir. İctimai-sosial verilişi aparan aparıcı insanlara ağıl verir, amma özü başqasına “pul və ev atır”. Başqası da yox, öz dostumuza. Nə deyim, vallah? Həmin aparıcı deyir ki, insanlar belə olmalıdır, belə etməlidir. Amma özü “atanşikdir”, - deyə o bildirib.