Aparıcı İlkin Həsəni ailəsi ilə birgə Şahdağa istirahətə yollanıb.
Lent.az-ın məlumatına görə, bu barədə aparıcının xanımı Aysel sosial şəbəkədəki səhifəsində bildirib:
"Qışı ən çox Şahdağda sevirəm. O qədər həzz alıram ki, demək olar ki, hər il ən azı 2 dəfə Şahdağa gedirik. Hər dəfə enerji yığıb qayıdırıq".
Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Onların 2018-ci ildə Alisa adlı qızları dünyaya gəlib.