Ancelina Coli
02 aprel 2026 18:53 (UTC +04:00)

Ancelina Coli

Ancelina Colinin bu görüntüləri qalmaqal yaratdı - VİDEO

0

Hollivudun ikonik ulduzu Ancelina Coli Çində qatıldığı son tədbirdəki görüntüləri ilə yenidən gündəmə gəlib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 50  yaşlı aktrisanın xüsusilə üz nahiyəsindəki nəzərəçarpacaq dəyişikliklər pərəstişkarları arasında geniş müzakirələrə səbəb olub.

Sosial media istifadəçiləri Colinin eyni tədbirdə, lakin fərqli rakurslardan çəkilmiş fotoları arasındakı kəskin fərqi dərhal hiss ediblər.

Aktrisanın göz çevrəsindəki fərqlilik və mimikalarının dəyişməsi "estetik müdaxilə" iddialarını gücləndirib.

Son olarak Çin’de katıldığı bir etkinlikte görüntülenen Jolie’nin yüzündeki değişim ise sosyal medyada tartışma yarattı.

Xarici mənbələrdə yer alan mütəxəssis rəylərinə görə, bu görüntünün arxasında iki əsas səbəb ola bilər: Birincisi, aktrisanın üz cizgilərini yeniləmək üçün bıçaq altına yatması, ikincisi, kosmetologiya mütəxəssisləri bildirirlər ki, bu hal blefaroplastika (göz qapağı estetikası) əməliyyatından sonrakı erkən sağalma mərhələsinə xasdır.

Mütəxəssislərin fikrincə, sağalma dövründə göz qapaqlarının hərəkətində gecikmə, göz qırpma sinxronunun pozulması və gözlərin tam qapanmaması kimi müvəqqəti fəsadlar görünə bilər. Ancelina Colinin eyni gün çəkilən iki fərqli pozası arasındakı ziddiyyət hazırda Hollivudun ən çox danışılan mövzusu olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar