"Anam sağ olsaydı, mən bu sənətdə... "  - Əməkdar artist - VİDEO
28 noyabr 2022 14:31 (UTC +04:00)

"Anam sağ olsaydı, mən bu sənətdə... " - Əməkdar artist - VİDEO

“7-ci sinifdə oxuyanda anamı itirmişəm. O mənim nə sənətkar, nə də ana olduğumu görə bildi. Mənə elə gəlir, o sağ olsaydı, heç bəlkə mən bu sənətdə də olmazdım"

Lent.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli "Düzünə qalsa..." proqramında deyib. O, anasından və uşaqlıq anlarından danışıb:

"Anamın qadağaları mənim qızıma qoyduğum qadağalardan da çox idi. Daha dərin idi...

Təki övladlar valideynlərin çiynində getməsin. Bu yaşıma gəlib çatmışam, anaya həmişə ehtiyac duyuram. 11-12 yaşım var idi, anam hələ sağ idi. Bir gün dayımgilə getmişdik. Dayımın 60 yaşı var idi, ana mahnısına qulaq asan kimi ağladı. Dedim "bu niyə ağlayır, day anası çoxdan ölüb də".

Deməli, o yaşda insan da ana üçün ağlayarmış... Anadır insanı qoruyan. Qızıma da deyirəm ki, nə sözün oldu, gəl mənə de. Rəfiqən də sənin kimi təcrübəsizdir...”.

Sənubər İsgəndərli: "Anam sağ olsaydı, aktrisa olmazdım"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3315
avatar

Nigar Namiq

Oxşar yazılar