Alla Puqaçovanın ABŞ-da  neçə evi var?
20 noyabr 2023 16:36 (UTC +04:00)

Alla Puqaçovanın ABŞ-da neçə evi var?

Rusiyalı müğənni Alla Puqaçovanın Floridada yerləşən göydələnlərdən birində mənzil aldığı məlum olub.

Lent.az xəbər verir ki, NTV telekanalı müğənni Alla Puqaçovanın ABŞ-dakı daşınmaz əmlakı barədə məlumat paylaşıb. Bildirildiyinə görə, sənətçi Floridadakı Majestic Tower göydələnində mənzil alıb.

Puqaçovanın mülkü Mayami şəhərinin elit Bal Harbor rayonunda yerləşir. 

Prodüser Leonid Dzyunikin sözlərinə görə, mənzil hazırda müğənninin nəvəsi Nikita Presnyakova məxsusdur. 

Puqaçovanın Mayamidə yalnız ona məxsus olan başqa bir mənzili də var.

Mənbə bildirib ki, o, Brikell prospektində yerləşir.

# 3891
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar