“Bəzi bəxti gətirməmiş, uğur qazanmamış qadın və kişi müğənnilər iddia edirlər ki, onların yolunu mən kəsmişəm, karyeralarının qarşısına sədd çəkmişəm”.
Lent.az-ın xəbərinə görə, bu sözləri Rusiyanın xalq artisti, hazırda İsraildə yaşayan diva Alla Puqaçova deyib.
“Axı mən nə edə bilərdim ki, sizin simanız ulduz olmaq üçün deyil. Sizin ekran üzünüz yoxdur, siz televiziya üçün yaramırsınız. Gedin üzünüzə “kislota” (yandırıcı kimyəvi məhlul) tökün, üzününzü dəyişin, bəlkə o zaman sizdən ulduz alınar. İstedadınız var. Üzünüz yoxdur”, - o internet kanallardan birinə müsahibəsində deyib.