Rusiya estradasının divası Alla Puqaçova İsraildən getdikdən sonra yoxa çıxıb. O heç kimin zənglərinə cavab vermir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə müğənnin yaxınları məlumat yayıblar. Onlar artıq “həyəcan təbili çalırlar”.
Aktrisa İsraildəki gərgin vəziyyətlə əlaqədar olaraq ailəsi ilə birlikdə Kiprə gedib. Kiprə getdikdən sonra o tanışlarından heç kimin zənglərinə cavab verməyib. Jurnalistlərin də zəngləri cavabsız qalıb.
Qeyd edək ki, Alla Puqaçovanın Kipr və ABŞ-da daşınmaz əmlakı var.