Rusiyalı müğənni Alla Puqaçovanın hər konsert üçün 500 000 avro qonorar tələb edəcəyinə dair şayiələrə onun prodüseri Sergey Lavrov aydınlıq gətirib.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, müğənni heç bir zaman çıxışı üçün konkret hansı məbləğdə qonorar tələb etdiyini səsləndirməyib.
“Bu fikri hansısa promouter uydurub. Puqaçova belə bir söz deməyib”,- deyə o vurğulayıb.
“Puqaçova xarici agent deyil. O, ucuz qiymətə də konsert verə bilər. Lakin müəyyən şərtlər qoyar və buna əməl olunmasını tələb edər. Sabah istəsə Kremldə də konsert verə bilər. Əminəm ki, biletləri dərhal satılacaq. Alla Puqaçovanın səsi ilə bir neçə nəsil böyüyüb. O, əfsanədir”,- deyə prodüser əlavə edib.