Aleyna Tilki Castin Biberə görə  niyə utanıb?
30 oktyabr 2023 18:50 (UTC +04:00)

Aleyna Tilki Castin Biberə görə niyə utanıb?

Türkiyəli popstar Aleyna Tilki maraqlı açıqlama verib.

Lent.az-ın xəbərinə görə, müğənni teleşoulardan birində amerikalı məşhur ulduz Castin Biberin ondan xoşlanıb, tanış olmaq üçün xeyli cəhd göstərməsindən danışıb.

“Nyu-Yorkda otellərdən birinin lobisində qarşılaşdıq. 18 yaşım tamam olmadığı üçün mənə barda oturmağa icazə yox idi. Bir oğlan yanaşdı,  mənim keçə biləcəyimi söylədi, masaya bahalı yeməklər və içkilər sifariş etdi. Məndən xoşlandığını söylədi. Onun səmimi davranışından narahat oldum və bildirdim ki, ölkəmdə populyar biriyəm, bu qədər yaxınlıq eləməsin. O sadəcə gülümsədi. Elə bu vaxt bir neçə qız yanımıza gəlib ondan avtoqraf aldılar, Castini çəkib apardılar. Mən barmendən bu oğlanın kim olduğunu soruşdum. O da dünya şöhrətli müğənni Castin Biber olduğunu dedi. Castini tanımadığım üçün özümdən utandım”, - Aleyna Tilki bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4251
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar