Dünya şöhrətli müğənni Adel hazırkı konsert turunu başa vurduqdan sonra uzun yaradıcılıq fasiləsi elan edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, britaniyalı müğənni avqustun 31-də Münhendəki çıxışında bu barədə məlumat verib.
O deyib: “Son yeddi ili yeni həyat qurmaqla keçirmişəm və indi də yaşamaq istəyirəm”.
Sənətçinin sözlərinə görə, yaradıcılıqda fasiləyə səbəb onun üç ilə yaxın davam edən qastrol səfəri olub. Adelin uzun fasilədən əvvəl son çıxışı noyabrın 23-nə planlaşdırılan Las-Veqasda konserti olacaq.