Qarabağ üçün bir araya gəldilər - Sevda türkiyəli müğənni ilə - VİDEO
30 oktyabr 2020 10:46 (UTC +04:00)

Qarabağ üçün bir araya gəldilər - Sevda türkiyəli müğənni ilə - VİDEO

Əməkdar artist Sevda Ələkbərzadə Türkiyənin məşhur “Manga” qrupunun solisti Fərman Akgüllə Qarabağ üçün layihə təqdim ediblər.

Lent.az-ın məlumatına görə, onlar  “Ulu Vətən” adlı bəstəni duet oxuyublar.

F. Akgül layihə barəsində danışan zaman bu sözləri deyib: “Mən siyasətçi olmadığım üçün dərdimi musiqi ilə demək istədim. Haqlı bir mübarizə var. Bütün dünyanın bunu başa düşməsi lazımdır. Azərbaycanda böyük fan kütləmiz, dostlarım var. Olanları başqa bir duyğu ilə izləyirəm. Həmişə deyirik ki, Azərbaycanla Türkiyə qardaşdır. Bunu incəsənət adına göstərmək istədim”.

 

S. Ələkbərzadə təqdim etməyə hazırlaşdıqları bəstə barədə danışıb: “Türkiyə dövləti bizə çox dəstəkdir. Bizim Vətən müharibəmizdə qardaşlarımız həm siyasətdə, həm də incəsənətdə bizə dəstəkdir. Biz bu gün birlikdə vətənpərvər ruhda bir mahnı yazacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1723
avatar

Yalçın UĞUR

Oxşar yazılar