Hadisə sevgilisi ilə FOTOLARInı paylaşdı, tənqid olundu
16 noyabr 2020 11:02 (UTC +04:00)

Hadisə sevgilisi ilə FOTOLARInı paylaşdı, tənqid olundu

0

Türkiyənin tanınmış müğənnisi Hadisə sevgilisi Kaan Yıldırımla yeni şəkillərini sosial şəbəkədəki səhifəsində paylaşıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bir müddət öncə sevgilisindən ayrıldığı iddia edilən 35 yaşlı ifaçının paylaşımı izləyiciləri tərəfindən bəyənilib. Bir müddət öncə “Sevgilimlə şəkil paylaşmaram” sözlərini deyən Hadisənin paylaşımını tənqid edənlər də olub.

Xatırladaq ki, Hadisə heç bir zaman sevgilisi ilə şəkil paylaşmayacağını demişdi: “”Dostlar, mən aşiq olmuşam. Həyatımda bir insan var”, sözünü heç vaxt deməmişəm, deməyəcəm də. İnstaqramda sevgilimi “takip” etməyəcəm və onunla birgə şəklimi paylaşmayacam. Mən elə insan deyiləm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1407

Oxşar yazılar