Əməkdar artist Elza Seyidcahan tələbəsi adlandırdığı müğənni-bəstəkar Ramal İsrafilovla barışıb.
Lent.az xəbər verir ki, ifaçılar bir araya gələrək mahnı ifa ediblər. Elza və Ramal piano arxasına keçərək "Suz, gözlər yalan söyləməz" mahnısını səsləndiriblər.
Qeyd edək ki, Seyidcahan bir müddət əvvəl açıqlamasında Ramaldan incidiyini söyləmişdi. O deyib ki, buna səbəb Ramalın onun evinə gəlib, halını soruşmaması, onu yada salmamasıdır.(axşam.az)