75 yaşlı Alla Puqaşıvanın  səhhətində problem   yaranıb
26 yanvar 2025 15:57 (UTC +04:00)

75 yaşlı Alla Puqaşıvanın səhhətində problem yaranıb

Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başladığı ilk günlərdən qanlı Kreml hakimiyyətini pisləyən və ailəsi ilə birlikdə ölkəni tərk edən tanınmış rusiyalı müğənni Alla Puqaçova özünü pis hiss etməyə başlayıb.

Heç kimə sirr deyil ki, müharibənin əvvəlində o, Rusiyadan İsrailə mühacirət edib. Sonra əri Maksim Qalkin və iki uşağı ilə birlikdə Kiprdə yaşamağa köçüb. 

Lent.az-ın məlumatına görə, lakin Rusiya mətbuatının yazdığı kimi, müğənninin səhhətində problemlər yaranmağa başlayıb.

"Alla Puqaçova və Maksim Qalkin bu yaxınlarda İsraildən Kiprə köçüblər və orada öz SPA-sı, dənizə baxan eyvanı və ən müasir texnologiyası olan elit yaşayış kompleksində məskunlaşıblar. Lakin cütlük, görünür, orada çox qalmağı planlaşdırmır. Şayiələrə görə, başqa bir yerdəyişmənin səbəbi 75 yaşlı sənətçinin Aralıq dənizi adasının çox isti iqliminə uyğunlaşmamasıdır”, - məlumatda vurğulanır.

Alla Borisovna və ailəsinin hansı ölkəyə getməyə hazırlaşdığı da qeyd edilir. Şayiələrə görə, məşhurun övladları, qızı Liza və oğlu Harrinin təhsil aldıqları iddia edilən Böyük Britaniya olacaq.

“Primadonna Böyük Britaniyaya köçməyi planlaşdırır və ümid edir ki, bu, onun son yaşayış yeri dəyişikliyi olacaq”.

Yeri gəlmişkən, Puqaçovanın özü hələlik bu məlumatı şərh etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1674
avatar

Oxşar yazılar