Müğənni Tacir Şahmalıoğlu sənətə necə gəlməsindən söz açıb. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə "Birə bir" verilişində danışıb:
"Mənim əmim də xanəndə olub. Atam isə tar müəllimi idi. Ailəmiz musiqiçi ailəsidi. 6 yaşımda profesional səhnəyə gəlmişəm." Bayatı-Şiraz"-ı oxudum, 6 yaşımda dünya məndən danışırdı. Ona görə də mənim oxumağıma evdə kim narazı ola bilərdi? Mən yaradıcı müğənni idim. Nə oxuyurdumsa, dünya tarixinə düşürdü. "Bayatı-Şiraz" - ım 45 ildir dillərdə əzbərdi".