50 yaşlı məşhurun ÇİMƏRLİK FOTOLARI  – Hamı heyran oldu
18 iyul 2024 14:37 (UTC +04:00)

50 yaşlı məşhurun ÇİMƏRLİK FOTOLARI – Hamı heyran oldu

Türkiyənin ən məşhur kişi oyunçularından biri olan Mehmet Aslantuğla 27 illik evliliyi 2023-cü ilin may ayında bircə məhkəmədə bitirən gözəl aktrisa Arzum Onan Bodrumda dənizin və günəşin kefini çıxarır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, gənclərə meydan oxuyan aktrisa çimərlikdə bütün diqqətləri üzərinə çəkib.

1993-cü ildə "Miss Türkiyə", eyni ildə "Miss Europe" yarışmasında "Miss Europe" seçilən Arzum Onan ötən gün Turqutreisdəki bir otelin çimərliyində fotoqraflara yaxalanıb. Əhvalının yaxşı olduğu görünən 50 yaşlı aktrisa rəfiqəsi ilə bir müddət söhbət edib.

Fotolardan da göründüyü kimi, Bodrum tətilində əhval-ruhiyyəsini artıran Arzum Onan isti havalardan qaçaraq özünü Egeyin sərin sularına atıb.

Gözəlliyi ilə illərə meydan oxuyan bir uşaq anası olan aktrisa yaşıl çimərlik geyimi və fit görünüşü ilə diqqət çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 891
avatar

Cavidan HUN

Oxşar yazılar