30 yaşı tamam olan gözəl aktrisa Hande Erçel bu münasibətlə şəxsi həyatı ilə suallara cavab verib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bir müddətdir Hakan Sabancı ilə sevgili olan aktrisa zaman-zaman ayrılıq və ya evlilik iddiaları ilə gündəmə gəlir.
“İçimdə böyük şeylərin olacağına dair pıçıltılar eşidilir və ruhumdan bir xoşbəxtlik aşıb-daşır. Özümü həmişə yaşımdan daha yetkin hiss edirdim. Həmişə nə istədiyimi bildiyimi düşünürdüm, amma yanılmışam. Belə çıxır ki, kəşf etmək müdriklikdir.
Məncə, bu, 30 yaşın verdiyi ilk dərsdir. Sevgi o qədər güclü hissdir ki, dünyanı xilas edə bilər. Bu, hər şey haqqında böyük hisslər yaradan bir emosiyadır. Bizi və dünyanı canlı saxlayır.
Başqalarının xoşbəxtliyi mənim üçün həmişə önəmli olub, indi öz xoşbəxtliyimin də fərqindəyəm. İstənilən vəziyyətdə sakit olmağı bacarıram. Qırılanda, inciyəndə gözümü qırpmadan, bunun mənə nəyə başa gələcəyini düşünmədən çıxıb gedirəm”, - o bildirib.